english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Martin Lubojacký
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Lənkəran rayonunda ağacəkmə aksiyası keçirilib

Bu ilin aprel ayında Çexiyanın Bakıdakı Səfirliyinin əməkdaşları Hirkan Milli Parkı yaxınlığındakı Haftoni meşəbəyliyi ərazisində artıq ənənəyə çevrilmiş ağacəkmə aksiyasında iştirak ediblər. Tədbir Səfirlik və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsi, Hirkan Milli Parkının rəhbərliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə təşkil olunmuşdur. Yerli meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının, eləcə də Lənkəran Dövlət Universitetinin tələbələrinin və heyətinin də iştirak etdiyi könüllü tədbiri, ilk ağacı əkən Çexiya Respublikasının Səfiri cənab Milan Sedlaçekin ətraf mühitin və təbiətin mühafizəsinin vacibliyinə dair giriş nitqi ilə açılmışdır. Azərbaycan Ekologiya Nazirliyinin nümayəndəsi, təbiət elmi üzrə nəşrlərin müəllifi cənab Bəxtiyar Hüseynov çıxışında qarşılıqlı uzunmüddətli əməkdaşlığı xatırladıb.

Bu il biz yüz ədəd, keçən ilin aprelində isə yüz səksən ədəd Parrotia (dəmirağac) tinqləri əkdik. Parrotia yerli dağların doğma və nadir növüdür, Azərbaycanda ona dəmirağacı deyilir.

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonu öz təbii sərvətlərinin qorunmasında çox fəaldır. Yerli dağlar dünyada pişik növünün ən nadir nümayəndələrindən biri olan fars bəbirinin vətənidir. Karlov Universitetinin zooloqları Azərbaycan universitetləri ilə tədqiqat əməkdaşlığı çərçivəsində bölgəyə səfər edirlər və həmçinin Çexiya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə turist marşrutlarının nişanlaması layihəsi də mövcuddur. Qarşılıqlı ekoloji əməkdaşlıq uzunmüddətlidir, böyüyən tinglərin ərazisi artıq “Azərbaycan-Çexiya Dostluq Parkı” adlanır.

2024-cü il Azərbaycan üçün ətraf mühitin mühafizəsi baxımından mühüm ildir; BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrda Bakıda keçiriləcəkdir. Bu il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

 

 

20240419 spolupráce

20240419 spolupráce

20240419 sázení Parocie perské

20240419 sázení Parocie perské